Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq
Futbol
- 21 aprel, 2024
- 05:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.
"Report" xəbər verir ki, son oyun günü "Kəpəz" - "Sabah" və "Araz Naxçıvan" - "Səbail" görüşləri keçiriləcək.
Hesabat turunda 17 xala malik "Qəbələ"nin Premyer Liqada rəsmən sonuncu yeri tutacağı dəqiqləşə bilər. Bunun üçün 31 xalı olan gəncəlilər mütləq şəkildə "Sabah"a qalib gəlməli, 32 xala sahib Naxçıvan təmsilçisi isə "Səbail"lə heç-heçə etməlidir.
Cari turdan sonra mövsümün başa çatmasına 5 həftə qalır.
Qeyd edək ki, XXXI turun digər görüşlərində "Sumqayıt" səfərdə "Turan Tovuz"u 4:1, "Zirə" isə doğma meydanda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Qəbələ" matçı 2:2 hesabı ilə yekunlaşıb.
Son xəbərlər
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol