İngiltərə Premyer Liqasının "Everton" və "Liverpul" komandaları arasında keçirilən 30-cu turunun görüşü ölkə tamaşaçılarının rekord sayı ilə diqqəti cəlb edib.
“Report” xəbər verir ki, bu barədə “Associated Press”in tanınmış jurnalisti Rob Harris özünün
Məlum olub ki, Böyük Britaniyanın təxminən 5,5 milyon sakini “Sky” telekanalında matçın pik translyasiyasını izləyib. Ölkədə 5 milyon tamaşaçı orta hesab hesab edilir. Bu, futbol matçlarının nümayişlərinin rekord göstəricisidir.
Bildirilir ki, tamaşaçıların yarıdan çoxu - 3,1 milyon nəfər pullu abunəçilər olub, 1,9 milyon nəfər yayıma bilavasitə efir vasitəsilə qoşulublar.
Böyük Britaniyada əvvəlki rekord 2012-ci ildə Mançester derbisinə aiddir. Həmçin vaxt pik vaxtı 4,4 milyon tamaşaçı qeydə alınıb.