Braziliyalı futbolçu qırmızı vərəqə aldıqdan sonra dava salıb - VİDEO

Futbol
  • 03 may, 2018
  • 15:55
Braziliyalı futbolçu qırmızı vərəqə aldıqdan sonra dava salıb - VİDEO

Bakı. 3 may. REPORT.AZ/ Yaponiyanın "Cubilo İvata" klubunun futbolçusu Qilerme Santos çempionatın XII turunda səfərdə "Yakohama" ilə matçda dava salıb.  

"Report"un məlumatına görə, 30 yaşlı müdafiəçi qarşılaşmanın 79-cu dəqiqəsində qırmızı vərəqə alandan sonra rəqib futbolçu Takuya Kidanı təpiklə vurub.

Braziliyalı futbolçunu daha sonra da sakitləşdirmək mümkün olmayıb. O, rəqibin məşqçilərinə də hücum edib və sonra ara qarışıb. Bu hadisəyə görə Yaponiya Futbol Federasiyasının Qilerme Santosa ağır cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, "Cubilo İvata" bu qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanıb.  

Braziliyalı futbolçu qırmızı vərəqə aldıqdan sonra dava salıb - VİDEO