Braziliyada futbolçu klub prezidentini öldürməkdə ittiham olunur

Braziliyada futbolçu klub prezidentini öldürməkdə ittiham olunur Braziliyanın D Seriyasında çıxış edən "Nasional" klubunun fəxri prezindenti Xose Danilson Alves de Oliveyra bıçaqlanaraq öldürülüb.
Futbol
18 Sentyabr , 2020 10:53
Braziliyada futbolçu klub prezidentini öldürməkdə ittiham olunur
Xose Danilson Alves de Oliveyra

Braziliyanın D Seriyasında çıxış edən "Nasional" klubunun fəxri prezindenti Xose Danilson Alves de Oliveyra bıçaqlanaraq öldürülüb. 

"Report" "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, Parana təmsilçisinin keçmiş futbolçusu Vinisius Korsini hadisəni törətməkdə ittiham olunur. 

28 yaşlı oyunçunun Danilsona yaxınlaşdığı, onunla mübahisə etdikdən sonra 58 yaşlı funksioneri bıçaqladığı iddia edilir. Futbolçu hadisə yerindən qaçmağa çalışıb, lakin polis gəlməmiş yaxınlıqdakı insanlar tərəfindən tutulub və təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Xose Danilson xəstəxanada əməliyyat edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi