Rio-de-Janeyroda “Vasko da Qama” və “Flamenqo” klublarının azarkeşləri arasında kütləvi dava olub. Polis 30-dan çox adamı saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "G1" portalı məlumat yayıb.
Saxlanılmalar zamanı fanatlar özlərini aqressiv apararaq polis maşınlarına kustar üsulla hazırlanmış partlayıcı maddələr atmağa cəhd ediblər.
Braziliyanın əsas futbol klublarının azarkeşləri arasında aqressiv fanatlardan ibarət mütəşəkkil qruplar var. Onların toqquşması əsas matçların keçirildiyi günlərdə və stadionların yaxınlığında baş verir. Lakin azarkeşlərin sosial şəbəkələr vasitəsilə bir-birləri üçün görüş təyin etdikləri şəhərlərin təsadüfi seçilmiş ərazilərində də baş verə bilər.