"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən Braziliyanın "Flamenqo" klubunun hücumçuya təklif etdiyi maaş bəlli olub.
"Report" xəbər verir ki, bu barədə "Flamengomelhor" nəşri məlumat yayıb.
A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 manat) qarşılığında şifahi razılıq əldə olunduğu bildirilib.
"Flamenqo" Azərbaycan çempionuna isə 4 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.