"Real Madrid" Bakıdakı Avropa çempionatında parlayan futbolçunu transfer edib

"Real Madrid" Bakıdakı Avropa çempionatında parlayan futbolçunu transfer edib Bakı. 7 yanvar. REPORT.AZ/ İspaniya Real Madridi İngiltərənin Mançester Siti klubunun futbolçusu Brahim Diası transfer edib.
Futbol
7 Yanvar , 2019 02:50
Real Madrid Bakıdakı Avropa çempionatında parlayan futbolçunu transfer edib

Bakı. 7 yanvar. REPORT.AZ/ İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Brahim Diası transfer edib.

"Report"un "kral klubu"nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanacaq. Dias bu gün tibbi müayinədən keçdikdən sonra "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"in yeni oyunçusu kimi təqdim ediləcək.

Gənc futbolçunun "Mançester Siti" ilə müqaviləsi bu ilin yayınadək qüvvədə idi. Lakin İspaniya təmsilçisi oyunçunu yayda pulsuz əldə əldə etmək imkanını gözləmədən indidən saziş bağlamaq istəyib.

Transferin məbləği 15 milyon avro təşkil edəcək. Amma məbləğ bonusların hesabına daha 7,3 milyon avro da arta bilər.

Qeyd edək ki, Brahim Dias "Malaqa"nın yetirməsidir. O, "Mançester Siti" akademiyasına 2013-cü ildə keçib və 3 il sonra debüt edib. Dias bu mövsüm Premyer Liqada heç bir oyuna çıxmayıb. Yarımmüdafiəçi 2016-ci ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında populyarlaşıb. İspaniya millisinin Mərakeş əsilli futbolçusu çempionat ərzində 3 qol vurub. Qollardan biri finalda Portuqaliya ilə görüşə təsadüf edib. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmada Dias komandasının bərabərlik qolunu vursa da, penaltilər seriyasında Portuqaliya üstün olub - 5:4. 

Qeyd edək ki, "Real Madrid" daha əvvəl qapıçısı Keylor Navasla müqaviləni 2021-ci ilin iyununa qədər uzadıb.

Son xəbərlər

Orphus sistemi