Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub - VİDEO

Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub - VİDEO Bandalovski pivəni içdikdən sonra hesabı bərabərləşdirib
Futbol
8 İyun , 2017 06:52
Bolqarıstanın Vereya klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub - VİDEO
Courtesy İmage

Bakı. 8 iyun. REPORT.AZ/ Bolqarıstanın "Vereya" futbol klubunun müdafiəçisi İvan Bandalovski matç zamanı azarkeşlərdən biri tərəfindən meydançaya atılmış pivəni içib.

"Report" xəbər verir ki, maraqlı hadisə Bolqarıstan çempionatının pley-off matçında, Avropa Liqasında yer uğrunda "Levski" komandasıyla qarşılaşma zamanı baş verib.

Belə ki, Bandalovski pivəni içdikdən sonra oyunun 93-cü dəqiqəsində rəqib komandanın qapısına qol vuraraq hesabı bərabərləşdirib: 1:1.

Qeyd edək ki, oyun penatlilər seriyası ilə "Levski"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.