Bollivud aktrisası "Arsenal"ın futbolçusunu təhqir edib

Bollivud aktrisası "Arsenal"ın futbolçusunu təhqir edib Bakı. 29 yanvar. REPORT.AZ/ Məşhur Bollivud aktrisası və İngiltərənin Arsenal klubunun brend səfiri Eşa Qupta Mançester Yunayteddə oyun zamanı (1:3) komandanın hücumçusu Aleks Ayuobini təhqir edib.
Futbol
1942
29 Yanvar , 2019 03:56
Bollivud aktrisası Arsenalın futbolçusunu təhqir edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Məşhur Bollivud aktrisası və İngiltərənin "Arsenal" klubunun brend səfiri Eşa Qupta "Mançester Yunayted"də oyun zamanı (1:3) komandanın hücumçusu Aleks Ayuobini təhqir edib.

“Report” xəbər verir ki, o öz "İnstagram"ında "Varun_Gupta17" adlı istifadəçi ilə nigeriyalı futbolçunun oyununu müzakirə etdikləri yazışmanın skrinşotunu paylaşıb.

"Kənar yarımmüdafiəçilərlə bağlı problemi həll etmək lazımdır. Mən artıq İvobi sifətli qorillanı cinahda görmək istəmirəm. O çox bərbaddır", - deyə "Varun_Gupta17" yazıb.

"Ahahaha. Düzünü desəm, bilmirəm niyə o vaxtının çoxunu ehtiyatda keçirmir", - deyə Eşa ona cavab verib.

Sonda aktrisa futbolçudan üzr istəyib.

"Oyun zamanı məyusluğumuzu müzakirə edirdik. Üzr istəyirik, bunun irqçilik kimi yozula biləcəyini dərk etməmişəm. Uşaqlar, oyunun nəticəsinə təsir edən məqama güldük. Mən özüm də əvvəllər irqçiliyin qurbanı olmuşam. Lakin bu mənim qürur duyduğum bir şey deyil. Bu bir səhv idi, üzr istəyirəm, uşaqlar", - deyə o "Twitter"də yazıb.

Son xəbərlər

Orphus sistemi