Beynəlxalq Çempionlar Kuboku: "Mançester Siti" "Tottenhem"i darmadağın edib - VİDEO

Beynəlxalq Çempionlar Kuboku: "Mançester Siti" "Tottenhem"i darmadağın edib - VİDEO Qvardiolanın komandası ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb
Futbol
30 İyul , 2017 07:58
Beynəlxalq Çempionlar Kuboku: Mançester Siti Tottenhemi darmadağın edib - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ "Mançester Siti" Beynəlxalq Çempionlar Kubokuda "Tottenhem"i 3:0 hesabı ilə darmadağın edib. Görüş ABŞ-da baş tutub.

"Report" xəbər verir ki, oyunda qolları Con Stounz (10-cu dəqiqə), Rahim Sterlinq (73) və Braim Diaz (90) vurub.

Bu, "Mançester Siti"nin turnirdə ardıcıl ikinci böyükhesablı qələbəsidir. Hosep Qvardiolanın yetirmələri iyulun 27-də Madrid "Real"ını 4:1 hesabı ilə məğlub ediblər.

Beynəlxalq Çempionlar Kuboku beşinci dəfədir keçirilir. Yoldaşlıq turnirində İngiltərənin, həmçinin "Mançester Yunayted", "Çelsi" və "Arsenal", İspaniyanın "Real" və "Barselona", İtaliyanın "Yuventus", "Roma", "Milan" və "İnter", Almaniyanın "Bavariya" və "Borussiya", Fransanın "Lion" və PSJ klubları iştirak edir. Oyunlar ABŞ, Çin və Sinqapurda keçirilir.

Komandalar rəmzi turnir cədvəlində çempionluq uğrunda mübarizə aparırlar. Əgər matçın əsas hissəsi heç-heçə başa çatırsa, qalib penalti seriyası ilə müəyyən edilir. Udan komanda 2, uduzan 1 xal qazanır.

Son xəbərlər

Orphus sistemi