Beyl "Real"ın oyununu sonadək izləmədən stadionu tərk edib

Beyl "Real"ın oyununu sonadək izləmədən stadionu tərk edib Bakı. 8 yanvar. REPORT.AZ/ Madrid Realının uelsli hücumçusu Qaret Beyl İspaniya çempionatının 18-ci turunda Kral klubu ilə Real Sosyedad arasında oynanılan matçı (0:2) sonadək izləməyib və görüşün 78-ci dəqiqəsində Santyaqo Bernabeu stadionunu tərk edib.
Futbol
8 Yanvar , 2019 08:42
Beyl Realın oyununu sonadək izləmədən stadionu tərk edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Madrid "Real"ının uelsli hücumçusu Qaret Beyl İspaniya çempionatının 18-ci turunda "Kral klubu" ilə "Real Sosyedad" arasında oynanılan matçı (0:2) sonadək izləməyib və görüşün 78-ci dəqiqəsində "Santyaqo Bernabeu" stadionunu tərk edib.

“Report” xəbər verir ki, bu barədə "El Chiringuito TV"yə istinadən "Mirror" nəşri yazıb.

Forvard stadiondan hesab 0:1 komandasının əleyhinə olarkən gedib və rəqibin vurduğu ikinci qolu görməyib.

Hazırda o, sol baldır əzələsindən aldığı zədəni sağaltmaqla məşğuldur. Bu zədə ucbatından futbolçu 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.

Cari mövsümdə 29 yaşlı Beyl İspaniya çempionatında 15 oyun keçirib, 4 qol vurub 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi