Beyl "Real"da vurduğu 100-cü qolunu qeyri-etik şəkildə qeyd edib

Beyl "Real"da vurduğu 100-cü qolunu qeyri-etik şəkildə qeyd edib
Futbol
197400
10 Fevral , 2019 07:58
Beyl Realda vurduğu 100-cü qolunu qeyri-etik şəkildə qeyd edib

Bakı. 10 fevral. REPORT.AZ/ "Real"ın forvardı Qaret Beyl İspaniya çempionatının 23-cü tur oyununda "Atletiko"nun qapısına vurduğu qolu (3:1) qeyri-etik şəkildə qeyd edib.

“Report” xəbər verir ki, uelsli matçda rəqib qapısına vurulan üçüncü qolun müəllifi olub.

Beyl matçın 74-cü dəqiqəsində Luka Modriçin ötürməsini dəqiq zərbə ilə qapının uzaq küncünə göndərib. Futbolçu rəqib qapısına yol tapmasını, birmənalı olmayan əl hərəkəti ilə təsvir edib.

Bu, uelslinin "Real"ın heyətində 100-cü qolu olub.