Türkiyənin "Beşiktaş" klubunun prezidenti Hasan Arat istefa verib.
"Report" xəbər verir ki, bu barədə "Hurriyet" nəşri məlumat yayıb.
Növbəti seçkiyə kimi onu Hüseyin Yücel əvəzləyəcək.
Qeyd edək ki, Hasan Arat 2023-cü ilin dekabrında prezident seçilmişdi.
Türkiyənin "Beşiktaş" klubunun vitse-prezidenti Onur Göçmezin istefası qəbul edilməyib.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, funksionerin təqdim etdiyi istefa ərizəsi İdarə Heyəti və klub prezidenti Hasan Arat tərəfindən qəbul olunmayıb.
Onun "Beşiktaş"dakı vəzifəsinə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, "ağ-qaralar" ötən gün futbol komandasının baş koordinatoru Samet Aybaba, İdarə Heyətinin müşaviri Bredli Hovard və klubun media və ictimaiyyətlə əlaqələr qrupunun koordinatoru Okay Karacanla yollarını ayırdığını açıqlayıb.