"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır

"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır Bu gün UEFA Çempionlar Liqasında II, Avropa Liqasında isə I təsnifat mərhələsinə start veriləcək.
Futbol
25 Avqust , 2020 07:30
Beşiktaş Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək. 

"Report"un məlumatına görə, ÇL-də 2, AL-də isə bir matç keçiriləcək. 

I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. 

Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) 

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)

Avropa Liqası

I təsnifat mərhələsi

22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)

Son xəbərlər

Orphus sistemi