Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm" "Azərbaycan futbolu barədə mənfi bir şey deyə bilmərəm".
Futbol
26 Sentyabr , 2022 12:00
Belaruslu mütəxəssis: Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm

"Azərbaycan futbolu barədə mənfi bir söz deyə bilmərəm".

Bunu "Report"a müsahibəsində "Sumqayıt" klubunun sabiq baş məşqçisi Aleksey Baqa deyib.

41 yaşlı mütəxəssis Azərbaycana gəldiyi üçün peşman olmadığını bildirib: "Bu, təcrübədir, məşqçi işidir. Hələ BATE-də işləyərkən "Qarabağ"la oyun üçün Bakıda olduğum vaxtda şəhərin gözəlliyini görmüş, burada yaxşı insanların olduğuna şahidlik etmişdim".

Belaruslu baş məşqçi "gənclik şəhəri" təmsilçisində yaxşı nəticə qazana bilmədiyini xatırladıb: "Buraya gəldiyimə görə heç bir şikayətim yoxdur. Yeni tanışlıqdır, yeni təəssüratlardır. Kimliyindən asılı olmayaraq, hər bir rəqiblə oyundan öncə həmkarlarımla gözəl münasibət, ünsiyyət qurmuşam. Böyük mütəxəssis Qurban Qurbanovdan tutmuş digər klublarda işləyən həmkarlarımadək".

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Aleksey Baqanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi