"Bayer" səfərdə "Verder"i darmadağın etdi

"Bayer" səfərdə "Verder"i darmadağın etdi Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu Verder və Bayer komandaları arasında keçirilib.
Futbol
19 May , 2020 00:58
Bayer səfərdə Verderi darmadağın etdi

Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu "Verder" və "Bayer" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Bremendəki "Vezerştadion"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. "Bayer"in qollarından ikisini Kay Haverts 28-ci və 33-cü dəqiqələrdə vurub. Həmçinin Mitçell Vayzer 61-ci, Kerem Demirbay 78-ci dəqiqə fərqlənib. "Verder"in yeganə qoluna isə 30-cu dəqiqədə Teodor Gebre Selassie imza atıb.

Bununla da xalını 50-yə çatdıran "Bayer" 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik "Verder" isə 17-cidir. 

Son xəbərlər

Orphus sistemi