"Bavariya" Avstriya millisinin yarımmüdafiəçisini transfer edib

"Bavariya" Avstriya millisinin yarımmüdafiəçisini transfer edib Almaniya "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
30 Avqust , 2021 18:38
Bavariya Avstriya millisinin yarımmüdafiəçisini transfer edib

Almaniya "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.

Avstriya millisinin üzvü ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 27 yaşlı oyunçu yeni komandasında 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm "Leyptsiq"in heyətində 39 oyun keçirən Zabitser 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun transfer qiyməti 42 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi