"Barselona"nın yeni formasını Messi təqdim etdi
Futbol
- 07 sentyabr, 2020
- 08:38
İspaniyanın "Barselona" klubu yeni formasını təqdim edib.
"Report" Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, klub üçüncü - alternativ formanı ulduz futbolçusu Lionel Messi ilə təqdim edib.
Qeyd edək ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.
Bir müddət öncə Britaniya mətbuatı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubu ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
00:23
DÇ-2026-nın final oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24
İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başlayıb
Futbol23:21
Foto
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub
Fərdi23:16