"Barselona"ya təklif olunan qapıçılar müəyyənləşib

"Barselona"ya təklif olunan qapıçılar müəyyənləşib İspaniyanın "Barselona" klubuna üç qapıçı təklif olunub.
Futbol
24 Sentyabr , 2024 10:56
Barselonaya təklif olunan qapıçılar müəyyənləşib

İspaniyanın "Barselona" klubuna üç qapıçı təklif olunub.

"Report" xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi Mark-Andre ter Ştegenin uzun müddət sıradan çıxmasından sonra yeni qolkiper axtarışlarını davam etdirir.

Hazırda azad agent olan Keylor Navas, Loris Karius və Etrit Berişa "Barselona"ya təklif edilib.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Son xəbərlər

Orphus sistemi