"Barselona" "Real" ilə matçda tarixi uğura imza atıb

"Barselona" "Real" ilə matçda tarixi uğura imza atıb İspaniya Superkubokunun final matçında "Real Madrid"lə qarşılaşan "Barselona" tarixi uğura imza atıb.
Futbol
13 Yanvar , 2025 03:15
Barselona Real ilə matçda tarixi uğura imza atıb

İspaniya Superkubokunun final matçında "Real" ilə qarşılaşan "Barselona" tarixi uğura imza atıb.

"Report”un məlumatına görə, Kataloniya klubu ilk dəfə Madrid təmsilçisinə qarşı oyunlarda ardıcıl iki dəfə dörd və ya daha çox qol vurmağı bacarıb.

Komandalar arasında əvvəlki oyun İspaniya çempionatında “Santyaqo Bernabeu” stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya Superkubokunun yarımfinalında "Barselona" "Atletik"dən güclü olub, "Real" isə "Malyorka"ya qalib gəlib. Həlledici görüşdə isə kataloniyalılar madridliləri məğlub ediblər - 5:2.

İspaniya çempionatının cari mövsümünün turnir cədvəlində Karlo Ançelottinin rəhbərlik etdiyi "Real" 43 xalla ikinci pillədə qərarlaşıb. Lider “Atletiko” ilə xal fərqi 1-ə bərabərdir. Üçüncü pillədə qərarlaşan "Barselona"nın hesabında 38 xal var.

Son xəbərlər

Orphus sistemi