"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub “Real Madrid”in “Barselona” ilə oynadığı İspaniya Superkuboku uğrunda final oyunu başa çatıb
Futbol
16 Yanvar , 2023 01:03
Barselona Real Madridi yenərək İspaniya Superkubokunun qalibi olub

“Real Madrid”in “Barselona” ilə oynadığı İspaniya Superkuboku uğrunda final oyunu başa çatıb.

“Report” xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda üz-üzə gəliblər.

Matçın baş hakimi Rikardo De Burqos Benqoeçenin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.

Oyunun ilk yarım saatı komandalardan birinin aşkar üstünlükləri olmadan keçib. Lakin 33-cü dəqiqədə meydanın mərkəzində madridlilərin boşluğundan sonra kataloniyalıların hücuma qaçması Robert Levandovskinin ötürməsindən sonra Qavinin qolu ilə nəticələnəndə hər şey alt-üst olub. Kataloniyalılar tempi azaltmayıb və birinci hissənin sonuna kimi üstünlüklərini artıra biliblər - bu dəfə Levandovski qol vurub, Qavi isə ötürmə edib.

İkinci hissədə Xavinin yetirmələri madridlilərə hücumlarını zərbəyə vurmaqla yekunlaşdırmağa imkan verməyərək qarşıdurmanın gedişinə inamla nəzarət ediblər. Nəticədə “Barselona” daha bir qol vurub - 69-cu dəqiqədə Qavinin ötürməsindən sonra Pedri hesabı darmadağın halına gətirib. 90+3-cü dəqiqədə “Real Madrid” Kərim Benzemanın qolu sayəsində hesabdakı fərqi azaltsa da, bu, komandasını məğlubiyyətdən xilas edə bilməyib. “Barselona” 3:1 hesabı ilə qalib gələrək İspaniya Superkubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi