"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub Belçika millisinin, İspaniya "Barselona"sı və İngiltərə "Arsenal"ının sabiq futbolçusu Tomas Vermalen karyerasını başa vurub.
Futbol
21 Yanvar , 2022 18:34
Barselonanın sabiq futbolçusu karyerasını başa vurub

Belçika millisinin, İspaniya "Barselona"sı və İngiltərə "Arsenal"ının sabiq futbolçusu Tomas Vermalen karyerasını başa vurub.

"Report" Belçika Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı veteran müdafiəçi bundan sonra öz ölkəsinin yığmasında çalışacaq. O, baş məşqçi Roberto Martinesin köməkçisi təyin olunub.

Qeyd edək ki, Belçika millisində 85 oyun keçirmiş Tomas Vermalen Niderlandın "Ayaks", İtaliyanın "Roma" və Yaponiyanın "Vissel Kobe" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi