"Barselona"nın müdafiəçisi Qarsiya Rodri ilə toqquşmadan sonra ikinci dəfə burnunu sındırıb
Futbol
- 07 sentyabr, 2026
- 07:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Barselona"nın müdafiəçisi Erik Qarsiya La Liqada "Valensiya"ya qarşı 5:0 hesablı qələbə qazandıqları oyunda ikinci dəfə burnunu sındırıb.
"Report"un məlumatına görə, bu barədə "Sport.es" xəbər yayıb.
Oyunun 25-ci dəqiqəsində Rodri cərimə meydançasında qarşılaşma zamanı alnı ilə müdafiəçinin üzünə təsadüfən zərbə endirib.
Oyunçunun burnunda qanaxmaya başlayıb və meydanı tərk etmək məcburiyyətində qalıb. Məşqçilər heyəti onu əvəz edərək, Jül Kundeni meydançaya buraxıblar.
Klub həkimləri tezliklə onun cərrahi əməliyyatının zəruri olub-olmayacağına qərar verəcəklər. Qarsiya 2025-ci ilin noyabrında Çempionlar Liqasında "Brügge"yə qarşı matçda da oxşar zədə alıb, lakin əməliyyata ehtiyac olmayıb.
Son xəbərlər
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr