"Barselona"nın hücumçusu aprelin sonunadək oynamayacaq

"Barselona"nın hücumçusu aprelin sonunadək oynamayacaq İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
Futbol
18 Fevral , 2022 19:02
Barselonanın hücumçusu aprelin sonunadək oynamayacaq
Ansu Fati

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun tam sağalması üçün ən azı daha 12 həftə lazım olacaq.

Qeyd edək ki, Ansu Fati yanvarın 20-də "Atletik"ə 2:3 hesabı ilə uduzduqları ölkə kubokunun 1/8 final mərhələsinin oyununda sıradan çıxıb. Forvard konservativ müalicəyə üstünlük verərək əməliyyatdan imtina edib.

Son xəbərlər

Orphus sistemi