"Barselona"nın futbolçusu "İnter"ə keçmək istəyir

"Barselona"nın futbolçusu "İnter"ə keçmək istəyir İspaniyanın Barselona klubunun futbolçusu Arturo Vidal qış transfer dönəmində komandadan ayrılmaq istəyir.
Futbol
18 Dekabr , 2019 18:17
Barselonanın futbolçusu İnterə keçmək istəyir

İspaniyanın "Barselona" klubunun futbolçusu Arturo Vidal qış transfer dönəmində komandadan ayrılmaq istəyir.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya "İnter"inə keçmək niyyətindədir.

Çilili oyunçu transferi ilə bağlı Kataloniya təmsilçisinin rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Arturo Vidal daha öncə İtaliyanın "Yuventus" klubunda çıxış edib. O, "İnter"in hazırkı baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında Turin təmsilçisində oynayıb. 

Son xəbərlər

Orphus sistemi