"Barselona"nın futbolçusu "Bavariya"ya təklif olunub

"Barselona"nın futbolçusu "Bavariya"ya təklif olunub İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele Almaniya "Bavariya"sına təklif olunub.
Futbol
2 Yanvar , 2022 14:09
Barselonanın futbolçusu Bavariyaya təklif olunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele Almaniya "Bavariya"sına təklif olunub.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun Kataloniya təmsilçisindəki gələcəyi şübhə altındadır.

Fransalı oyunçunun agentləri forvard üçün yeni klub axtarır. Münhenlilər təklifdən xəbərdardır, lakin Dembelenin xarakterini bəyənmirlər. O, 2016/2017 mövsümündə Almaniyada "Borussiya" (Dortmund) komandasının formasını geyinib.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi