"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messi ilə ilk danışığından bəhs edib.
Bu barədə “Report” “Kumana AD”a istinadən xəbər verir.
Niderlandlı mütəxəssis bildirib ki, uğursuz mövsümdən sonra komandanın oyunçularında müxtəlif istiqamətlər üzrə böyük narazılıq yaranıb. Buna görə Katalon klubunun yeni baş məşqçisində əvvəlcə məhz argentinalı ilə danışmaq arzusu yaranıb.
"O, öz evində mənə hər şeyi danışdı. Diqqətlə dinlədim, amma xatırlatdım: - mən orada heç olmamışam. Mən yalnız necə işləmək və vəziyyəti necə dəyişdirmək istəməyim barədə danışa bilirdim", - deyə o bildirib
Baş məşqçi qeyd edib ki, söhbətin sonunda onlar klubun inkişafı üsullarını müzakirə ediblər. Niderlandlı mütəxəssis əlavə edib ki, hücumçu ilə danışıqdan razı qalıb.