"Barselona"nın baş məşqçisi 12 matçlıq diskvalifikasiya edilə bilər

"Barselona"nın baş məşqçisi 12 matçlıq diskvalifikasiya edilə bilər "Barselona"nın baş məşqçisi Ronald Kuman hakimləri tənqid etdiyinə görə uzun müddətə diskvalifikasiya edilə bilər.
Futbol
5 Noyabr , 2020 03:34
Barselonanın baş məşqçisi 12 matçlıq diskvalifikasiya edilə bilər
Ronald Kuman

"Barselona"nın baş məşqçisi Ronald Kuman hakimləri tənqid etdiyinə görə uzun müddətə diskvalifikasiya edilə bilər.

“Report” xəbər verir ki, bu barədə AS bildirib.

Nəşrin yazdığına görə, La Liqa ölkə çempionatının “Real Madrid”ə qarşı oyundan (1: 3) sonra hakimlər barəsində VAR sisteminin Katalon klubuna qarşı davamlı fəaliyyət göstərdiyini elan edən mütəxəssisə qarşı iş açıb.

İntizam kodeksinə əsasən, rəsmi şəxslər istənilən hakimin və ya İspaniya Kral Futbol Federasiyası (RFEF) orqanlarının dürüstlüyünü və qərəzsizliyini şübhə altına qoymaq hüququna malik deyillər.

Niderlandiyalı mütəxəssisi 2-12 matçlıq diskvalifikasiya və 3 min avroya qədər cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi