"Barselona" Maradona Kubokunda "Boka Xuniors"a uduzub

"Barselona" Maradona Kubokunda "Boka Xuniors"a uduzub İspaniyanın "Barselona" və Argentinanın "Boka Xuniors" klubları əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona Kubokunda üz-üzə gəlib.
Futbol
14 Dekabr , 2021 23:22
Barselona Maradona Kubokunda Boka Xuniorsa uduzub

İspaniyanın "Barselona" və Argentinanın "Boka Xuniors" klubları əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona Kubokunda üz-üzə gəlib.

"Report"un məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Mrsool Park" stadionunda təşkil olunan qarşılaşma Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu kataloniyalılar vurublar. 50-ci dəqiqədə Ferran Yutqla fərqlənib. 77-ci dəqiqədə Esekiel Sebalyov tarazlığı bərpa edib. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) "Boka Xunior" Maradona Kubokunun qalibi olub.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu müxtəlif illərdə həm "Boka Xuniors"un, həm də "Barselona"nın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi