“Barselona” Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılığa gəlib

“Barselona” Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılığa gəlib Argentinalı hücumçu 2021-ci ilədək nəzərdə tutulan anlaşmaya imza atacaq
Futbol
5 İyul , 2017 14:33
“Barselona” Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılığa gəlib

Bakı. 5 iyul. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu futbolçusu Lionel Messi ilə müqavilə müddətinin uzadılmasına dair razılıq əldə edib. “Report”un klubun saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə yeni anlaşmanı yaxın günlərdə rəsmiləşdirəcək. 

Tədbir zamanı 30 yaşlı oyunçu 2021-ci ilədək nəzərdə tutulan sövdələşməyə imza atacaq. Messinin hazırkı müqaviləsi 30 iyun 2018-ci ilə qədər idi.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 16 oktyabr 2004-cü ildə debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.

Son xəbərlər

Orphus sistemi