"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib

"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib İspaniya "Barselona"sı Almaniyanın "Bavariya" klubunda çıxış edən Robert Levandovski üçün rəsmi təklif göndərib.
Futbol
23 May , 2022 22:57
Barselona Levandovski üçün Bavariyaya rəsmi təklif göndərib
Robert Levandovski

İspaniya "Barselona"sı Almaniyanın "Bavariya" klubunda çıxış edən Robert Levandovski üçün rəsmi təklif göndərib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı hücumçuya görə 37 milyon avro ödəməyə hazırdır.

Münhen klubu hələlik qarşı tərəfə cavab verməyib. 34 yaşlı forvardın özü də İspaniyaya yollanmaqda maraqlıdır.

Qeyd edək ki, geridə qalan mövsümdə "Bavariya"da 46 oyun keçirən Robert Levandovski 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi