"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Pike ilə yollarını ayırmaq istəyir.
Futbol
22 Oktyabr , 2022 13:42
Barselona Jerar Pikenin müqaviləsini yeniləməyəcək

İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Pike ilə yollarını ayırmaq istəyir.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı müdafiəçinin müqaviləsini yeniləməyəcək.

Qərarı komandanın baş məşqçisi Xavi də təsdiqləyib.

Qeyd edək ki, Jerar Pikenin klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Təcrübəli oyunçu 2008-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsüm 7 qarşılaşmada meydanda olub.

Son xəbərlər

Orphus sistemi