“Barselona” İspaniya La Liqasının liderliyi şansını əldən verdi

“Barselona” İspaniya La Liqasının liderliyi şansını əldən verdi İspaniya Primerasının XXXVI turunun matçında “Levante” “Barselona”nı qəbul edib
Futbol
241
12 May , 2021 05:04
“Barselona” İspaniya La Liqasının liderliyi şansını əldən verdi

İspaniya Primerasının XXXVI turunun matçında “Levante” “Barselona”nı qəbul edib.

“Report” xəbər verir ki, matç Valensiyadakı “Syudad de Valensiya” stadionunda keçirilib və 3:3 hesablı heç-heçə ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi (25), Pedri (34), Usman Dembele (64), “Levante"nin heyətində isə Qonsalo Melero (57), Joze Morales (59) və Serxio Leon (83) fərqləniblər.

“Barselona” 36 matçda 76 xal toplayaraq, İspaniya çempionatının 2020/2021 mövsümünün turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Levante” 40 xalla 13-cü yerdədir.

Çempionatın lideri “Atletiko Madrid”dir. Komandanın 77 xalı var. İlk üçlüyə həmçinin 75 xalı olan “Real Madrid” də daxildir.

Son xəbərlər

Orphus sistemi