İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçilər Qavi və Pedrinin komandada qalacağına inanır.
Mərkəz müdafiəçisi Ronald Arauxonun sözləşməsinin müddətinin artırılması üçün danışıqlar daha çətin keçir. İspaniyalı futbolçular müsbət cavab versələr də, uruqvaylı oyunçu hələlik qərarını açıqlamayıb.
Qeyd edək ki, hər üç futbolçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.