"Barselona" "İnter"in hücumçusunu alır: Razılıq əldə olundu
Futbol
- 02 iyun, 2020
- 05:50
Lautaro Martines
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu İtaliya "İnter"i ilə futbolçu Lautaro Martinesin transferinə dair tam razılıq əldə edib.
"Report"un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı hücumçu Kataloniya komandasında 12 milyon avro maaş və bonuslar qazanacaq. "İnter"ə isə 111 milyon avro ödəniləcək. Amma "Barsa" 90 milyon avro və hansısa oyunçusunu verməklə də İtaliya klubunu razı sala bilər. Daha əvvəl 60 milyon avro, Arturo Vidal və Nelson Semedunu təklif edən İspaniya klubu rədd cavabı almışdı.
Qeyd edək ki, bu mövsüm Lautaro Martines İtaliya A Seriyasında 22 oyuna 2-si penaltidən olmaqla, 11 qol vurub və 1 məhsuldar ötürmə verib. 22 yaşlı forvardın hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.
Son xəbərlər
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr
01:28
İspaniyanın nəqliyyat naziri Toledodakı qatar faciəsindən sonra istefa verib
Digər ölkələr
01:20
Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
Digər ölkələr
01:10
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Region
01:03
Serbiya parlamenti ölkənin Aİ-yə qəbulu siyasətini davam etdirmək niyyətindədir
Digər ölkələr