​"Barselona" bir il müddətinə FİFA-nı tərk edib

​"Barselona" bir il müddətinə FİFA-nı tərk edib "Barselona" nümayəndələri "Qızıl top" mükafatının təqdimat mərasiminə də qatılmyacaqlar
Futbol
9 Yanvar , 2015 05:58
​Barselona bir il müddətinə FİFA-nı tərk edib

Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Mariya Bartomeu Katalon klubunun transfer etməsinə qoyulan qadağadan sonra FİFA ilə münasibətləri barədə danışıb.

"Report" xəbər verir ki, Bartomeu FİFA ilə əlaqələri kəsdiyini və bu münasibətlərin transferə qoyulan qadağa müddəti başa çatdıqdan sonra bərpa olunacağını bildirib.

Onun sözlərinə görə, "Barselona" nümayəndələri Katalon klubunun futbolçusu Lionel Messinin namizəd olmasına baxmayaraq "Qızıl top" mükafatının təqdimat mərasiminə də qatılmyacaqlar.

Bundan əlavə, gözlənilir ki, Bartomeu FİFA prezidenti Zepp Blatterə yazacağı məktubda da öz narazılığını ifadə edəcək.

Xatırladaq ki, "Barselona"ya qarşı iki transfer dövrü ərzində yeni futbolçu almaq qadağası 2014-cü ilin aprelində tətbiq edilib. FİFA tərəfindən belə bir cəza klubun 2009-2013-cü illər dövründə yaşı 18-dək olan əcnəbi futbolçların alınması qaydalarını pozması səbəbindən təyin olunub.

Son xəbərlər

Orphus sistemi