İspaniyanın “Barselona” klubu futolçusu Jordi Alba ilə vidalaşıb.
“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin mövsümün sonunda müqaviləsinin yenilənməyəcəyi açıqlanıb.
Rəhbərliyin daha az maaş qarşılığında qalmaq təklifini qəbul etməyən İspaniya millisinin üzvünün 11 ildir formasını geyindiyi komandanı tərk edəcəyi dəqiqləşib. O, iyulun 1-dən etibarən azad agent statusu daşıyacaq.
Qeyd edək ki, Jordi Alba 2012-ci ildən “Barselona”nın formasını geyinir
İspaniyanın “Barselona” klubu daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq.
“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Serxio Busketsin ardından müdafiəçi Jordi Alba da gələn ay Kataloniya təmsilçisini tərk edəcək.
Bu mövsüm əsas heyətdəki yerini itirən 34 yaşlı sol cinah oyunçusu qərarını rəhbərliyə artıq bildirib. La Liqa çempionu ona aşağı maaşla yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb. İspaniya millisinin üzvünün ayrılması xəbərini “Barselona” yaxın müddətdə rəsmən açıqlamağı planlaşdırır.
Qeyd edək ki, 2012-ci ildən “Barselona” formasını geyinən Jordi Alba 11 il ərzində 458 oyuna çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə verib.