"Barselona" 17 yaşlı futbolçu ilə müqavilə imzalayacaq

"Barselona" 17 yaşlı futbolçu ilə müqavilə imzalayacaq İspaniyanın Barselona klubu Braziliya Koritibasında çıxış edən Yan Koutonun transferini yekunlaşdırmaq üzrədir.
Futbol
25 Yanvar , 2020 11:55
Barselona 17 yaşlı futbolçu ilə müqavilə imzalayacaq

İspaniyanın "Barselona" klubu Braziliya "Koritiba"sında çıxış edən Yan Koutonun transferini yekunlaşdırmaq üzrədir.

"Report" "Sport.es" saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı braziliyalı cinah müdafiəçisi üçün 5 milyon avro ödəyəcək. Bildirilib ki, oyunçu 18 yaşına çatana kimi "Koritiba"da qalacaq. Onunla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Yan Kouto Braziliya yığması ilə 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi