Bakıda “Könüllülər Kuboku” keçiriləcək

Bakıda “Könüllülər Kuboku” keçiriləcək AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər Kuboku” təşkil edəcək.
Futbol
24 Fevral , 2020 02:03
Bakıda “Könüllülər Kuboku” keçiriləcək

AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər Kuboku” təşkil edəcək.

“Report” AFFA-ya istinadən xəbər verir ki, AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə “Könüllülər Kuboku” AVRO-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.

“Könüllülər Kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi AVRO-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.

AVRO-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix 2 martdır.

Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. 5 ay ərzində 6 797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

Son xəbərlər

Orphus sistemi