Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub - VİDEO

Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub - VİDEO "Qarabağ" - "Slovan" oyununun 9-cu saniyəsində hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb
Futbol
15 Sentyabr , 2016 19:38
Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vurulub - VİDEO

Bakı. 15 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib. 

"Report"un məlumatına görə, bu, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya" və "Vilyarreal" klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya"sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib. 

Son xəbərlər

Orphus sistemi