Azərbaycanlı məşqçi Hindistan yığmasından istefaya göndərilib

Futbol
  • 08 fevral, 2017
  • 05:52
Azərbaycanlı məşqçi Hindistan yığmasından istefaya göndərilib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib. "Report"un Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssisin işinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2015-ci il aprellin 1-dən Hindistan yığmasına rəhbərlik Adamla bərabər, onun azərbaycanlı köməkçisi Etibar İbrahimov da işini itirib. Komanda müvəqqəti olaraq, Savio Madeyraya tapşırılıb.

Qeyd edək ki, Hindistan yığması yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutub. Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.