Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbol
22 İyun , 2022 19:43
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, o, Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi