Azərbaycanlı futbolçu Almaniyanın aşağı liqasında ən bahalı oyunçulardan sayılıb

Azərbaycanlı futbolçu Almaniyanın aşağı liqasında ən bahalı oyunçulardan sayılıb Almaniya Regional Liqanın ən bahalı futbolçuları açıqlanıb.
Futbol
26 Yanvar , 2022 09:52
Azərbaycanlı futbolçu Almaniyanın aşağı liqasında ən bahalı oyunçulardan sayılıb
Rüfət Dadaşov

Almaniya Regional Liqasının ən bahalı futbolçuları açıqlanıb.

"Report" "Reviersport.de" saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov da yer alıb.

"Şalke"nin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçunun qiyməti 200 min avrodur. Dadaşov 8 futbolçu ilə birlikdə 9 - 16-cı yerləri bölüşdürür.

Liqanın ən dəyərli oyunçusu 1 milyon avro ilə "Köln"ün əvəzedici komandasında çıxış edən 20 yaşlı Tim Lemperledir.

Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.

Son xəbərlər

Orphus sistemi