Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi veriblər.
"Report"un əldə etdiyi məlumata görə, onlar milli assosiasiyanın təşkilatçılığı ilə AFFA Futbol Akademiyasında yoxlamadan keçiblər. Ədalət təmsilçilərindən qan analizi götürülüb və temperaturları yoxlanılıb. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.