Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya - Serbiya oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 10-da keçiriləcək.