Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirib.
"Report" xəbər verir ki, Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə məğlub olub.
Qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələn yığmamız İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub - 16:0.