19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv İslandiya ilə üz-üzə gəlib.
Moldovanın paytaxtı Kişinyovda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0.
Qeyd edək ki, U-19 noyabrın 16-da İrlandiya, bundan üç gün sonra isə meydan sahibləri ilə görüşəcək.