Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub

Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
21 Noyabr , 2023 22:52
Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.

Rəqibinə 1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.

Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.

Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi