Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub

Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Futbol
23 Yanvar , 2025 10:24
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsi üçün yekun heyəti bəlli olub

Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi İlqar Aslanov 2-si qapıçı olmaqla 12 oyunçunu səfərə aparacaq.

Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə

Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə

Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi