Azərbaycanın FIFA referisi karyerasını başa vurur

Azərbaycanın FIFA referisi karyerasını başa vurur O, karyerasını hakim-inspektor qismində davam etdirmək niyyətindədir
Futbol
7 Dekabr , 2018 10:00
Azərbaycanın FIFA referisi karyerasını başa vurur

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın futzal üzrə FIFA referisi Elçin Səmədli karyerasını başa vurur.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 47 yaşlı ədalət təmsilçisi ilin sonunda hakimliklə vidalaşacaq. Bu səbəbdən, Səmədlinin adı Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısına daxil edilməyib. O, karyerasını hakim-inspektor qismində davam etdirmək niyyətindədir.

Qeyd edək ki, hakimlik fəaliyyətinə 2002-ci ildə başlamış Elçin Səmədli futzal üzrə Azərbaycan çempionatında 2004-cü ildən hakimlik edir. O, 2006 - 2008-ci illərdə futbol üzrə Premyer Liqa oyunlarına referi kimi təyinat alıb, daha sonra futzal üzrə FIFA referisi olub. 

Son xəbərlər

Orphus sistemi